Azərbaycanla Malayziya arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib

27.03.2025

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Çanq Lih Kanq ilə ikitərəfli görüş keçirib.

Elm və Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə ölkələr arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib. Tərəflər potensial inkişaf perspektivləri üzərində də fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью