Azərbaycanla Maldiv arasında viza rejimi ləğv edildi Qərar

25.11.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. 

Ölkə.az xəbər verir ki, deputatlar 14 məsələni müzakirə edir.

Deputatlar ilk olaraq Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə ediblər.

Qanun layihəsini təqdim edən deputat Rizvan Nəbiyev bildirib ki, Azərbaycan vətəndaşı vizasız Maldivə  90 günlük səfər edə bilər. "90 gündən artıq qalmaq istəyən və tələbə kimi oxumaq istəyənlər bununla bağlı əvvəlcədən prosedur qaydalara uyğun məsələləri həll etməlidir",-o qeyd edib.

Deputatlar sənədə səs verərək qəbul ediblər.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью