Azərbaycanla Mərakeş arasında ticarət dövriyyəsi 56 faiz artıb Səfir

30.07.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin ilk yarısında Azərbaycanla Mərakeş arasında ticarət dövriyyəsi 56 faiz artıb.

525.az xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş bildirib.

Onun sözlərinə görə, turizm sahəsində də artım müşahidə olunur. 2024-cü ilin avqustunda viza rejiminin ləğvindən sonra 2025-ci ilin yanvar–may aylarında Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 54 fazi artıb.

“Bu nailiyyətlər Mərakeş–Azərbaycan tərəfdaşlığının gücünü, müxtəlifliyini və strateji dərinliyini göstərir. Bu münasibətlər qarşılıqlı etimada, hörmətə və birgə inkişaf istəklərinə əsaslanır”, - səfir əlavə edib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью