Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ermənistanla Azərbaycan arasındakı müharibənin səhifəsi bağlanıb. Məncə, kəskin bir şey baş verməsə, həmin səhifəni yenidən açmağımız ehtimalı azdır".
Adalet.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
"Ümid edirəm ki, Azərbaycan hakimiyyəti də belə bir iddia irəli sürə bilər. Mənim fikrimcə, bu səhifə onlar üçün də bağlıdır. Kimsə seçkilərdən sonra, seçkilər zamanı hansısa reallığı dəyişdirməyə çalışarsa, bu, başqa məsələdir, mən buna az inanıram", - Simonyan bildirib.