“Azərbaycanla müsbət danışıqlar aparılıb”

21.11.2025

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ Qəzza sektorunda beynəlxalq “Sabitlik qüvvələri”nin formalaşdırılması üçün hərbi kontingent göndərməsi mövzusunda Azərbaycan və İndoneziya ilə danışıqlar aparıb”.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uoltz Sinqapurda təşkil edilən Yeni İqtisadiyyat Forumunda çıxışı zamanı bildirib.

O, ölkəsinin bu danışıqları müsbət qiymətləndirdiyini qeyd edib: “Bir çox ölkələrə Qəzzada formalaşdırılacaq “Sabitlik qüvvələri”nə öz əsgərlərini göndərmək üçün BMT-nin təsdiqi lazım idi. Azərbaycan, İndoneziya və digər dövlətlərlə kifayət qədər müsbət danışıqlar aparılıb”.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin Azərbaycandan Qəzzada yaradılması planlaşdırılan “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş etməsi barədə xəbər yayılmışdı. BMT Təhlükəsizlik Şurası isə noyabrın 17-də Qəzzada beynəlxalq “Sabitlik qüvvələri”nin yerləşdirilməsi ilə bağlı ABŞ-nin qətnaməsini qəbul edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью