Azərbaycanla Oman bu şəxslər üçün vizanı ləğv edir

29.10.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Oman arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza tələbindən azadolma haqqında Saziş, eləcə də konsulluq əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat paylaşıb.

Bildirilib ki, bu sənədlər iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью