Azərbaycanla oyunda antirekord qeydə alındı

15.10.2025

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Ukrayna yığması Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdiyi DÇ-2026-nın seçmə mərhələ oyununda antirekorda imza atıb.

Moderator.az xəbər verir ki, Ukrayna seçməsi ardıcıl 11-ci matçında qapısından top keçirilməsinin qarşısını ala bilməyib.

Sergey Rebrovun rəhbərlik etdiyi kollektiv bu göstəricidə 2021-ci ildə qeydə alınan antirekordu təkrarlayıb.

Daha bir diqqətçəkən məqam isə bu göstəriciyə görə Ukraynanın UEFA-ya üzv 54 Avropa yığması arasında iki komanda ilə eyni sırada yer almasıdır. Hazırda yalnız Ermənistan və San-Marino yığmaları da son 11 oyunda qapılarının toxunulmazlığını qoruya bilməyiblər.

Qeyd edək ki, Ukrayna millisi növbəti oyununu noyabrın 13-də Fransaya qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью