“Azərbaycanla oyunda baş verənlər inanılmazdır”

12.10.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Fransa millisinin futbolçusu Floren Toven DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, 3:0 hesabıyla bitən matçda sonuncu qolu vuran hücumçu yerli mətbuata açıqlamasında bunları deyib:

“Azərbaycanla oyunda baş verənlər inanılmazdır. Milliyə qayıtmağı çoxdan arzulayırdım, amma bu cür dönüşü xəyal etmirdim. Meydana girdikdən az sonra fərqləndim. Həmişə öz-özümə deyirdim ki, milliyə qayıtmaq imkanım olsa, hər şeyimi meydançada qoyacağam. Belə də etdim. Həm qol vurduğum, həm də qələbə qazandığımız üçün ikiqat xoşbəxtəm. Bunun davamını gətirmək lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью