Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

01.07.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.

Mia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, sənədlər Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun rəhbərliyi ilə ölkədə səfərdə olan biznes nümayəndələri ilə keçirilmiş görüş çərçivəsində imzalanıb: "Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini gücləndirəcək".

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью