Azərbaycanla Özbəkistan arasında komanda qərargah təlimi keçirilir

23.11.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan ilə Özbəkistan respublikaları Müdafiə nazirlikləri arasında imzalanan 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında hərbi təhsil və döyüş hazırlığı sahəsində əməkdaşlığı gücləndirmək, komandirlərin hərbi qərarvermə bacarıqlarını təkmilləşdirmək, qərargah fəaliyyətləri və əməliyyatların planlaşdırılması prosesi üzrə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
Qeyd edək ki, "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi noyabrın 28-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью