Azərbaycanla Pakistan arasında tranzit ticarəti ASANLAŞDIRILIR

08.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Federal Gəlirlər Şurası (FBR) 2024-cü il sazişi çərçivəsində Azərbaycan-Pakistan tranzit ticarətini asanlaşdırmaq üçün qaydalar layihəsini təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə “PEconomist” nəşri məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə maliyyə təminatı olmadan yüklərin Pakistana və Pakistandan daşınmasına icazə veriləcək.

Beləliklə, Karaçi, Port Qasım və Qvadar limanları vasitəsilə regional ticarət təşviq ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью