Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bizim dost Azərbaycanla problemlərimiz, doğrudan da oxşardır”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Real Tv”yə müsahibəsində deyib.
Baş nazir COP29 sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını dinlədiyini bildirib.
“O, Azərbaycanın qarşısında duran məsələlər haqqında danışırdı.
Bu, Gürcüstanın qarşısında duran məsələlərlə demək olar eyni idi”, - İ.Kobaxidze söyləyib.
Hökumət başçısı Gürcüstanda hakim komandanın iqtidarda olduğu 12 il ərzində təcrübə topladığını qeyd edib.
Bildirib ki, bu illərdə demokratiyanın inkişafı və insan hüquqları baxımından ölkəyə böyük uğurlar qazandırılıb.