Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 yanvar, AZƏRTACGənclər və idman naziri Fərid Qayıbov İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Qambiyada səfərdədir.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində F.Qayıbov Qambiyanın paytaxtı Banjulda keçirilən Regionlararası Afrika Nazirlər Toplantısında iştirak edib.
Nazir, həmçinin müvafiq yüksək səviyyəli paneldə çıxış edərək, regionlararası əməkdaşlığın gücləndirilməsində idman idarəçiliyinin və dövlət dəstəyinin əhəmiyyətindən danışıb.Tədbir iştirakçılarını Qambiya Prezidenti Adama Barrou qəbul edib.
Fərid Qayıbov, həmçinin Qambiyanın gənclər və idman naziri Bakar Bodji ilə də ikitərəfli görüş keçirib.
Görüşdə iki ölkə arasında gənclər və idman sahəsində imzalanmış anlaşma memorandumunun icrası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.