Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər dinamik inkişaf edir Afət Həsənov…
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixi köklərə malikdir.
Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər dinamik inkişaf edir".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
O, qeyd edib ki, bu gün Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və müttəfiqlik xarakteri daşıyır: “Prezident İlham Əliyev 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə iki ölkə arasında münasibətlərin inkişafına dair mühüm fikirlər söylədi.
Dövlət başçısı qeyd etdi ki, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.
Millət vəkili bildirib ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərin inkişafına böyük təkan verib: “Prezident İlham Əliyevin 20-21 oktyabr tarixlərində Qazaxıstana planlaşdırılan səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açacaq.
Hesab edirəm ki, səfər çərçivəsində çox faydalı müzakirələr aparılacaq, əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində yeni addımlar atılacaq.
Tam oxu
Xəbəri oxu