Azərbaycanla Qlobal Tolerantlıq və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalanıb

16.11.2024

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanla Qlobal Tolerantlıq və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalanıb

COP29 çərçivəsində keçirilən Parlament Görüşündə Azərbaycan Respublikasının Milli Məclisi ilə Qlobal Tolerantlıq və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Qlobal Tolerantlıq və Sülh Şurası tərəfindən isə qurumun sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.

Qeyd edək ki, Anlaşma Memorandumu 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günündə imzalanıb. 1995-ci il noyabrın 16-da UNESCO-nun Baş Konfransında “Tolerantlıq prinsipləri Bəyannaməsi” qəbul edilib və bu tarix Beynəlxalq Tolerantlıq Günü elan olunub.

Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью