Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Ruanda ilə hava əlaqəsi quracaq.
Gununsesi.info xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin dekabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilərək səsə qoyulacaq.