Azərbaycanla Rumıniyanın ticarət dövriyyəsi 14% azalıb

10.03.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Rumıniyanın ticarət dövriyyəsi 2026-cı ilin yanvar ayında 100 milyon 966 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14 milyon 38 min dollar və ya 13,9% azdır.

Hesabat dövründə Azərbaycan Rumıniyaya 96 milyon 939 min dollarlıq məhsul ixrac edib. Bu da illik müqayisədə 9 milyon 293 min dollar və ya 8,7% azdır. Bu ölkədən idxal isə 4,7 milyon dollar və ya 54,1% azalaraq 4 milyon 27 min dollara enib.

Qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 115 milyon dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью