Azərbaycanla Rusiya arasındakı sərhəd keçid imkanları 5 dəfə artıb

23.10.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb.

Bu barədə Rusiyanın nəqliyyat naziri, baş nazir müavini vəzifəsinə namizəd Andrey Nikitin bildirib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, əsas istiqamətlər üzrə sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlib.

Belə ki, Çinlə sərhəddə bu göstərici 4,7 dəfə, Monqolustanla 2,4 dəfə, Qazaxıstanla 1,1 dəfə, Azərbaycanla 5 dəfə, Gürcüstanla isə 2 dəfə artıb.

Nikitin Azərbaycan istiqamətini Rusiyanın “Şimal–Cənub” nəqliyyat dəhlizi ilə əlaqələndirib.

AzPost.az

Post navigation

Previous: Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью