Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb.Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.Bildirilir ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.Ermənistan MTX ehtimal edir ki, onlar azaraq Azərbaycan ərazisinə keçiblər.Məlumatda gənclərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması üçün lazımı tədbirlərin görüldüyü bildirilib.Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.(APA) Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.