Azərbaycanla sərhəddə partlayış... Xəbərdarlıq edildi

01.09.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, “Berkaber” qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış işləri saat 13:00-dan 18:00-dək həyata keçiriləcək. Bu müddətdə kənddən təxminən 1 kilometr şərqdə 10 partlayışın həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Bibiş kəndi Ermənistanın Tavuş vilayətində, Azərbaycanla sərhədə yaxın ərazidə yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью