Azərbaycanla Səudiyyə Ərəbistanının ticarət və investisiya artımı müzakirə olundu

08.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında bu ölkənin investisiya naziri Xalid Bin Əbdüləziz Əl-Falih ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

“Səudiyyə Ərəbistanına səfərimiz çərçivəsində bu ölkənin investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih ilə keçirdiyimiz görüşdə ikitərəfli münasibətlərin intensiv inkişafını məmnunluqla vurğuladıq. Ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə etdik", – deyə nazir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью