Azərbaycanla sülh Cənubi Qafqaza, eləcə də Aİ yə üstünlüklər gətirir Paşinyan

09.12.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Azərbaycanla sülh bütün tərəflərə, o cümlədən Cənubi Qafqaz və Aİ-yə üstünlüklər gətirir.

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Fridrix Merzlə görüşü zamanı deyib.

"Almaniya Ermənistanın Aİ-dəki əsas tərəfdaşlarından biridir və biz qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıyıq", - o qeyd edib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılacağına ümid edir: "Bu da Aİ, o cümlədən Almaniya ilə əlaqələrin yaradılmasına imkan verəcək”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью