Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan ordusunu inkişaf etdirməyə davam edəcək, çünki ordu dövlətin ən vacib institutlarından biridir.
"Report" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ordunun yaranmasının 34-cü ildönümü ilə əlaqədar sosial şəbəkələrdə bildirib.
"Ordumuz çətin bir formalaşma dövrü keçib, çətinliklərlə və çağırışlarla üzləşib. Lakin bu gün əminliklə deyə bilərik ki, müdafiə qabiliyyəti gündən-günə artan bir orduya sahibik. Son illərdə ordumuzun heç vaxt sahib olmadığı keyfiyyət və parametrlərdə böyük miqdarda müasir silah və hərbi texnika alınıb", - o qeyd edib.
N.Paşinyan həmçinin sərhədlər boyunca genişmiqyaslı istehkam işlərinin aparıldığını bildirib. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan ordusunun öz beynəlxalq tanınmış ərazisini qorumaqdan başqa heç bir vəzifəsi yoxdur: "Ermənistan müharibəyə hazırlaşmır, çünki müharibə olmayacaq. Ermənistan və Azərbaycan arasında sülh qurulub və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur".