Azərbaycanla sülh regionumuz üçün tarixi bir dəyişiklikdir Paşinyan

30.10.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bizdə artıq sülh var və bu, reallıqdır.

Gununsesi.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Paris Sülh Forumunda deyib.

“Bu, təkcə Ermənistanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə deyil, həm də bütövlükdə regionumuz üçün tarixi bir dəyişiklikdir”, – o qeyd edib.

Paşinyan erməni xalqının indiyədək əldə etdiklərini dəstəklədiyindən əminliyini bildirib.

“Heç şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər”, – Baş nazir vurğulayıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью