Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq... ABŞ

31.12.2024

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü ilin sona çatdığı bir vaxtda ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi X hesabında paylaşım edib.

Qeyd edilib ki, keçən il iki ölkə terrorizm və insan alveri ilə mübarizə üzrə praktiki təlimlər keçirib:

"Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-ın yüksək hərbi institutlarını bitirməsi şərəfinə nail olduq. Biz, həmçinin Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək və qarşılıqlı fəaliyyətə dəstək verəcək çoxmillətli təlimlərdə gələcək iştirakının planlaşdırılmasını dəstəkləməkdən məmnunuq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью