Azərbaycanla ÜST arasında səmərəli əməkdaşlıq aparılır

12.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Baş nazir Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə COP29-un yaşıl gündəliyin təşviqinə yönəlmiş beynəlxalq səylərə töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın aparıldığı bildirilib.

Ölkəmizdə səhiyyə sistemində aparılan ardıcıl islahatlar barədə söhbət açıldı, iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью