Icma.az bildirir, Axar.az portalına istinadən.
Azərbaycanla çox dostcasına danışıqlar apararaq, iqtisadi təhlükəsizliyimizlə birbaşa əlaqəli olan ən vacib razılaşmalara nail olduq. Qazın həcmi, qiyməti də daxil olmaqla əldə etdiyimiz çoxsaylı razılaşmalar məhz dostluq münasibətlərimizin nəticəsidir.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının “Açıq efir” proqramında deyib.
Onun sözlərinə görə, dostluq və ləyaqətli münasibət olmadan bu cür razılaşmalar əldə edilmir.