Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Londonda yaşayan azərbaycanlı musiqiçilər Rasim Fərziyev və Səadət Fərziyeva Londonun Enfield bölgəsində yeni musiqi məktəbi açıblar.
Kulis.az xəbər verir ki, təntənəli açılış mərasimində Enfieldin meri Mohammad İslam, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, həmçinin Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.
Yeni musiqi məktəbi müxtəlif yaş qrupları üçün nəzərdə tutulub və burada fortepiano, skripka, vokal və digər dərslər tədris olunacaq. Məktəbin əsas məqsədi gənc istedadları üzə çıxarmaq və onları peşəkar musiqi təhsili ilə təmin etməkdir.
"Nazirlik əməkdaşları öz aralarında rus dilində danışırlar" - Rus dilində təhsil ləğv edilməlidirmi? Xalq artisti: "İnsult keçirtdim, ötən il isə infarkt keçirtdim" Sənubər İsgəndərli təltif olunub