Azərbaycanlı aktyorun da rol aldığı Türkiyə serialında Ay Laçın xalq mahnısı səsləndirilib

29.11.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Türkiyədə ekranlaşdırılan "Çıraq" serialında azərbaycanlı aktyor Elşən Orucovun iştirakı ilə ilk səhnə yayımlanıb.

Oxu.Az xəbər verir ki, serial TRT-nin nəzdində fəaliyyət göstərən "Tabii" rəqəmsal platformasında yayımlanır.

Yuxarıda qeyd etdiyimiz kadrlarda baş rolun ifaçısı Ozan Akbaba ilə Elşən Orucovun Bakı haqqında dialoqu yer alıb.

Səhnədə diqqət çəkən digər məqam isə iki aktyorun dialoqunun fonunda "Ay Laçın" Azərbaycan xalq mahnısının səslənməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью