Azərbaycanlı aktyorun olduğu evdə yanğın Video

13.11.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aktyor Ruslan Sabirlinin Almatıda olduğu evdə yanğın baş verib. 

Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında məlumat verib. O, prodüserinin evində olduğunu və qaz sobasının qəfildən alışdığını bildirib:

“Almatıda baş rol - antaqonist obrazını canlandırmaq üçün bədii film çəkilişlərinə gəlmişəm. Hər gəlişimdə nəsə baş verir.

Bu dəfə də prodüserimin evində işlə bağlı toplaşmışdıq. Mənzildə qaz peçi birdən-birə alışdı və yanğın baş verdi. Getdikcə güclənərək qısa zamanda mənzili qara tüstü basdı, dəhşətli zəhərli duman bürüdü aləmi. Özümü itirməyib qara duman içərisində qaz borusunu tapdım, ventili bağlayıb kəsdim, sonra isə yanğını su ilə söndürməyə çalışdım. Qaz peçinin içində olan alışan maddələri çıxardım. Bir az da geciksəydim yanğın pərdələrə və mebelə keçəcəkdi. Şükür mənzili də, içindəki insanları da xilas edə bildim, ölüm-itim olmadı. Polis və yanğınsöndürənlər zəngdən dərhal sonra gəldilər, amma mən artıq yanğını söndürmüşdüm. Buranın qəhrəmanına çevrildim.

Amma aşağı əyilərək hərəkət etsəm də, burnumu tutsam da, zəhər udmamağa çalışsam da, deyəsən, zəhərlənmişəm. Əvvəl hiss etməsəm də, sonradan başağrısı hiss etməyə başladım. Bu gün xəstəxanaya gedirəm. Dualarınız əskik olmasın”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью