Azərbaycanlı alim Ankarada türkoloji tədqiqatlardan danışıb

02.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin və Qərbi Kaspi Universitetinin dosenti Səbirə Nemətzadə Ankarada Türk Tarix Qurumunun (Türk Tarih Kurumu – TTK) təşkilatçılığı ilə keçirilən XX Türk Tarix Konqresində iştirak edib.

AZƏRTAC xəbər verir ki, konqres çərçivəsində Səbirə Nemətzadə “Sovetskaya türkologiya” jurnalının türk xalqlarının tarixşünaslığında rolu” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə jurnalın türk xalqlarının tarixinin və tarixşünaslığının öyrənilməsindəki yeri, elmi irsin formalaşmasına təsiri, eləcə də türkoloji tədqiqatlar baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, Türk Tarix Konqresi ilk dəfə Mustafa Kamal Atatürkün rəhbərliyi və Türk Tarix Qurumunun təşəbbüsü ilə 1932-ci il iyulun 2-dən 11-dək Ankarada keçirilib. Səbirə Nemətzadənin beynəlxalq elmi tədbirdə iştirakı və məruzəsi Azərbaycan tarixşünaslığının, eləcə də türkoloji tədqiqatların beynəlxalq elmi müstəvidə təmsil olunmasına töhfədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью