Azərbaycanlı alim ərəb qadınlarının ailədə və cəmiyyətdə roluna dair araşdırma aparıb AZƏRTAC

29.11.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 noyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri dosent Xumar Ələkbərovanın “Ərəb qadınları ailədə və cəmiyyətdə (Misirli yazar Naval Əs-Saadavi yaradıcılığında)” adlı elmi məqaləsi Kubanın nüfuzlu beynəlxalq “Universidad & Sociedad” jurnalında dərc edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə ərəb müsəlman qadınlarının ailədə, cəmiyyətdə yeri, rolu və hüquqları bu günün prizmasından ədəbi əsərlərin fonunda araşdırılıb. Tədqiqatın məhz misirli feminist yazar Naval Əs-Saadavinin (1931-2021) əsərləri kontekstində aparılması sayəsində isə müasir Ərəb Şərqində gender durumu ilə bağlı ümumi mənzərə təsvir edilib.

Qeyd edək ki, sözügedən nəşr “Web of Science” beynəlxalq bazasına daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью