Azərbaycanlı alim Eyler medalı ilə təltif edilib

01.02.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu günlərdə tanınmış alim, texnika elmləri doktoru, professor Şahlar Babayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik (həqiqi) üzvü seçilib, “Türk Dünyasında İlin Mühəndisi” Beynəlxalq Diplomuna layiq görülərək Aropanın nüfuzlu Eyler medalı ilə təltif edilib.
Bu barədə Modern.az-a Akademiyanın Azərbaycan təmsilçiliyindən məlumat verilib.
Professor Ş.Babayev bu təltiflərə dünya aqromühəndislik elminə göstərdiyi böyük xidmətlərə görə layiq görülüb.

Şahlar Mahmud oğlu Babayev 20 yanvar 1958-ci ildə Bərdə rayonunun Tağılar kəndində anadan olub, 1983-cü ildə Azərbaycan Texniki Universitetinin Mexanika fakültəsini, 1985-ci ildə Azərbaycan İctimai Patentşünaslıq İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1984-88-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda (indiki “Aqromexanika” ETİ) aspirantura təhsili alıb.

1994-cü ildə kənd təsərrüfatı istehsalatının mexanikləşdirilməsi ixtisası üzrə namizədlik, 2018-ci ildə aqromühəndislik ixtisası üzrə doktorluq dissertasiyalarını müdafiə edib. 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Kommissiyasının qərarı ilə aqromühəndislik ixtisası üzrə professor elmi adına layiq görülüb, həmin ildən Moskva  Beynəlxalq Aqrar Təhsil Akademiyasının həqiqi üzvü-akademiki seçilib.

1978-2000-ci illərdə “Aqromexanika” ETİ-də müxtəlif vəzifələrdə, həmçinin Azərbaycan Elmi-Tədqiqat Bitki  Mühafizə İnstitutunda (indiki BM və TB ETİ) şöbə müdiri vəzifəsində işləyib.

2000-2016-cı illərdə Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərib, 10 il müddətində “Standartlaşdırma və sertifikasiya” kafedrasına rəhbərlik edib.

2016-2017-ci illərdə “Aqromexanika” ETİ-də laboratoriya müdiri vəzifəsində işləyib, 2017-2023-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərub, beş il müddətində  “Texniki mexanika və qrafika”  kafedrasına rəhbərlik edub.

Hazırda “Aqromexanika” ETİ-də “Bitki mühafizəsində innovativ texnologiyalar” laboratoriyasında laboratoriya müdiri vəzifəsində çalışır. Respublika  iqtisadiyyatında böyük xüsusi çəkiyə malik olan pambıqçılığın əsas problemlərini özündə ehtiva edən “Sistemli şəkildə torpaq, səpin materialı,  bitkilərin zərərverici xəstəliklərdən mühafizəsi üçün innovativ texnologiyaların və texniki vasitələrin işlənib hazırlanması və tədqiqi” adlı problemə rəhbərlik edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью