Azərbaycanlı aparıcı avtomobili ilə qəzaya düşdü | Icma.az
Moderator.az saytına istinadən Icma.az xəbər verir. Teleaparıcı Gülnar Səhliyarlının başına iş gəlib.
Moderator.az Milli.az-a istinadən xəbər verir ki, MTV-də yayımlanan "Xoş sabah", "Gümrah həyat" verilişlərinin aparıcısı səhər saatlarında işə gedərkən yol qəzasının iştirakçısı olub.
Belə ki, "Opel" markalı avtomobil ara məsafəsi gözləməyərək onun maşınına çırpılıb.
Aparıcı yeni aldığı "0-km"lik avtomobili ilə artıq ikinci dəfə günahsız yerə qəzaya düşdüyünü bildirib: "Sığorta keçən dəfə olan qəzanın ödənişini etmədən növbəti hadisənin nəticəsi...
Getdiyimiz yolda arxadan məsafə gözləmədi və bu mənzərə qarşımızda. Necə sürücülər var?
Dəhşətdir, işə gecikirəm, səhər tezdən yaşadığım olay... "0-km" maşın al.
Özün heç vaxt qəza törətmə, amma səni iki dəfə maşınını vursunlar".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu