Azərbaycanlı aparıcı avtomobili ilə qəzaya düşdü VİDEO

06.12.2024

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Teleaparıcı Gülnar Səhliyarlının başına iş gəlib.

Milli.Az xəbər verir ki, MTV-də yayımlanan "Xoş sabah", "Gümrah həyat" verilişlərinin aparıcısı səhər saatlarında işə gedərkən yol qəzasının iştirakçısı olub.

Belə ki, "Opel" markalı avtomobil ara məsafəsi gözləməyərək onun maşınına çırpılıb.

Aparıcı yeni aldığı "0-km"lik avtomobili ilə artıq ikinci dəfə günahsız yerə qəzaya düşdüyünü bildirib:

"Sığorta keçən dəfə olan qəzanın ödənişini etmədən növbəti hadisənin nəticəsi... Getdiyimiz yolda arxadan məsafə gözləmədi və bu mənzərə qarşımızda. Necə sürücülər var? Dəhşətdir, işə gecikirəm, səhər tezdən yaşadığım olay... "0-km" maşın al. Özün heç vaxt qəza törətmə, amma səni iki dəfə maşınını vursunlar".

Hüseyn 
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью