Azərbaycanlı atletin övladı dünyaya gəlib FOTO İdman və Biz

20.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycanlı atlet Ramil Quliyevin Türkiyədə övladı dünyaya gəlib.

İdman.biz xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ramil paylaşımda belə yazıb: "Bu gün həyatımızın yeni bölümü başlayır. Oğlumuz sadəcə kiçik bir insan deyil. O, bizim gələcəyimizdir, indi həyatımızda ömür boyu sevəcəyimiz biri var. Dünyamıza xoş gəldin.

Qeyd edək ki, veteran atlet paylaşımda yeni doğulmuş oğlunu uzun müddət şərəfini qoruduğu kluba görə "Fənərbaxça"lı adlandırıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью