Azərbaycanlı bacı qardaş Rusiyada yol qəzasında ölüblər

10.09.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Vlodimir şəhərində baş verib.

Belə ki, əslən Ucar rayonunun Şilyan kəndindən olan, 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və bacısı, 1975-ci il təvəllüdlü Zərnişan Baxış qızı Baxışova yolda yaranmış tıxac zamanı 2 yük maşınının arasında qalaraq ölüblər.

Onların nəşi bu gün Azərbaycana gətirilərək dəfn edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью