Azərbaycanlı batutçular Nankində yarışacaqlar

16.05.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq Gimnastika Federasiyası (FIG) gələn il bəzi dünya çempionatlarının keçiriləcəyi yerlərlə bağlı qərar verib.

İdman.biz xəbər verir ki, batut gimnastikası üzrə 2026-cı ilin əsas yarışı noyabrın 5-8-də Çinin Nankin şəhərində keçiriləcək.

Yeniyetmələrin dünya çempionatı və dünya yaş qrupları yarışları da 2026-cı il noyabrın 12-15-də Nankində təşkil ediləcək. Bütün bu yarışlarda batut gimnastları ilə yanaşı tamblinq ustaları da mübarizə aparacaqlar.

2026-cı il akrobatika üzrə dünya çempionatı sentyabrın 24-27-də İtaliyanın Pesaro şəhərində keçiriləcək. Gənclərin dünya çempionatı da elə orada sentyabrın 17-20-də təşkil ediləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью