Azərbaycanlı bəstəkar Türkiyədə zəlzələ bölgəsində məktəb açdı FOTO

12.05.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Əməkdar artist, drijor və bəstəkar Turan Manafzadə Türkiyədə zəlzələ bögəsində “Turan Manafzadə Musiqi Sinfi”nin açılışını edib.

Bakupost.az xəbər verir ki, sinif Hatayın qabaqcıl təhsil ocaqlarından biri olan Payas Fənn Liseyində açılıb.

Turan Manafzadə bildirib ki, 25 may 2023-cü ildə başlatdığı “Türkiyə 100 yaxşılıq hərəkatı” təşəbbüsünün ilk böyük bəhrəsini Türkiyənin Hatay şəhərində reallaşdırıb.

“Hatayda əlavə bir neçə tədbir həyata keçirdik, uşaqlarla görüşdük. Bundan başqa 2023-cü ildə bəstələdiyim “Deprem” əsərini və “Türkiyə 100” marşını Antakya konsertində ifa etmək mənim üçün xüsusi məna daşıyırdı,” – deyə əməkdar artist vurğulayıb.


Aysel,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью