Azərbaycanlı bəstəkar yenə hakim qarşısına çıxacaq

24.03.2025

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanlı bəstəkar yenə hakim qarşısına çıxacaq

Altı illik həbsdən sonra yeni ittihamla 9 il daha eyni növ cəzaya məhkum edilən keçmiş deputat, bəstəkar Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

OLAY qafqazinfo-ya istinadən yazır ki, “Quska” kimi tanınan Abdullayev özünü heç bir epizod üzrə təqsirli bilmir, bəraət istəyir. 

Bakı Apellyasiya Məhkəməsi şikayəti bayram günlərindən sonra araşdıracaq.

Xatırladaq ki, “Quska” 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış sonradan müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью