Icma.az, Gununsesi saytına istinadən bildirir.
18-21 iyulda Gürcüstanın Batumi şəhərində bilyard üzrə Avropa Çempionatı keçirilib.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Bilyard Federasiyasından verilən məlumata görə, yarışda 16 ölkədən 115 idmançı gücünü sınayıb.
Azərbaycan Bilyard Federasiyasının prezidenti və təcrübəli bilyard ustası Seymur Məmmədov çempionatda iki pilləni tutub.