Azərbaycanlı bloger rinqdə çıxdığı döyüşdə uduzdu

21.11.2024

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnstaqram və TikTok-da məşhurlaşan, serialda rol alan Ülvi-Fatimə cütlüyü (Ülvi Mustafayev və Fatimə Əhmədova) idman sahəsində gücünü sınayıb. 

Moderator.az milli.az-a istinadən bildirir ki, azərbaycanlı bloqer Fatimə Əhmədova Macarıstanın Mişkolts şəhərində keçirilən məşhurların (qeyri-peşəkarlar kateqoriyası) boks yarışmasında ölkəmizi təmsil edib.

Əhmədova (59kq) rəqibi Ela Yerkoviçə (62.45kq) məğlub olub.

Qeyd edək ki, həmçinin fitness trainer Xəqani Səlimov Macarıstanda keçirilən məşhurların (qeyri-peşəkarlar kateqoriyası) boks yarışmasında hazırda Azərbaycanı təmsil edir. Təmsilçimiz 1 xal hesabı ilə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью