Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur bloger Şəfa (Shafas) Çində səfəri zamanı hava limanında yaşadığı gərgin anları izləyiciləri ilə bölüşüb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bloger paylaşdığı videoda hava limanında olduqca həyəcanlı və stresli vəziyyətdə görüntülənib. Görüntülərdə onun yaşadığı gərginlik diqqət çəkib.
O, videonun üzərinə yaşadığı hissləri əks etdirən sözlər də yazıb:
“Allahım, bu gün yaşadığım stress keçsin, gəlməsin. Həyatımda heç belə hadisə yaşamamışam”.
Şərhlərdə onun yaşadığı vəziyyətlə bağlı müxtəlif fikirlər səsləndirilib. Bəzi izləyicilər blogerin həmin anı videoya çəkib paylaşmasını müzakirə edərək, “Bu vəziyyətdə də video paylaşa bilir” kimi rəylər yazıblar.
Zeynəb Rzayeva