Azərbaycanlı boksçular 1/4 finalda

20.09.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Amin Məmmədzadə (55 kq) 1/8 finalda Jirayr Sarkisyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş boksçumuzun 3:0 (29:27, 30:26, 28:28, 30:26, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti görüşündə Billal Bennama (Fransa) ilə qarşılaşacaq. Döyüş sentyabrın 22-də olacaq.

Nəbi İsgəndərov (70 kq) çempionatda ikinci qələbəsini qazanıb. Dünya kubokunun mükafatçısı Fabian Tomkiçə (Xorvatiya) ikinci raundda tam üstünlüklə qalib gəlib. İsgəndərov sentyabrın 21-də 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, yarışın 4-cü günündə Azərbaycan millisinin 5 boksçusu gücünü yoxlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью