Azərbaycanlı bombardir “Qəbələ”yə lazım olmadı

08.07.2025

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze azərbaycanlı hücumçunu komandada görmək istəmir.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Sənan Ağalarovdan gedir. 20 yaşlı futbolçu gürcüstanlı mütəxəssisin planlarına daxil deyil.

Bölgə klubu bir müddətdir yay təlim-məşq toplanışına başlasa da, Ağalarov hazırlıqlara qoşulmayıb.

Ötən mövsümü icarə əsasında “Araz Naxçıvan”da keçirən hücumçu hazırda özünə komanda axtarışındadır. O, Naxçıvan klubunun heyətində bütün turnirlər daxil olmaqla 4 oyun keçirib və 2 qol vurub.

Futbolçunun “qırmızı-qaralar”la iki illik müqaviləsi var.

Qeyd edək ki, S.Ağalarov 2023-2024 mövsümündə “Qəbələ”nin əvəzedicilər komandasında 30 qol vuraraq çempionatın bombardiri olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью