Azərbaycanlı cüdoçu iki illik diskvalifikasiya olundu

06.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycan cüdoçusu Sadiq Hacıyev 24 aylıq diskvalifikasiya olunub.

Moderator.az Azərbaycan Milli AntiDopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, cəzaya səbəb kimi idmançı tərəfindən məkan məlumatı pozuntusuna yol verilməsi göstərilib.

Qeyd edək ki, qərarın qüvvəyə minmə tarixi 2023-cü il iyulun 31-i göstərilib.

Sanksiya 2025-ci il iyulun 30-da bitəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью