Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın iki yeniyetmə cüdoçusu noyabrın 24-25-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Saber” Qran-prisində iştirak edəcək.
İdman.Biz xəbər verir ki, yarışın rəsmi iştirakçı siyahısında Zəhra Quliyeva 44 kq, Pərvin Sevxanlı isə 48 kq çəki dərəcəsində yer alıb.
Daşkənd turniri Beynəlxalq Cüdo Federasiyasının (IJF) tarixində yeniyetmələr arasında təşkil olunan ilk Qran-pri olacaq. Yarışda dörd qitənin 19 ölkəsindən 250 cüdoçunun 16 çəki dərəcəsində mübarizə aparması nəzərdə tutulur.
İlkin mərhələnin görüşləri noyabrın 24-də Bakı vaxtı ilə saat 10:00-da, ertəsi gün isə 11:00-da başlayacaq. Hər iki yarış günündə final blokuna saat 16:00-da start veriləcək.
Turnirdən sonra, noyabrın 26-28-də Özbəkistan Cüdo Federasiyasının təşkilatçılığı ilə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.