futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan milli komandasının üzvü Könül Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində tarixi uğura imza atıb.
Futbolpress.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün rəqiblərini üstələyərək turnirin çempionu olub. Bununla da o, “Böyük Dəbilqə” yarışında qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi adını Azərbaycan idman tarixinə yazdırıb.
Mübarizəyə 1/8 final mərhələsindən start verən Əliyeva ardıcıllıqla Özbəkistan təmsilçisi Ulbusin Xakimova, Niderland idmançısı Amber Gersye və yarımfinalda Fransa cüdoçusu Melani Lequ-Klemanı məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada Türkiyə idmançısı Merve Azakla üz-üzə gələn təmsilçimiz rəqibinə şans verməyərək fəxri kürsünün ən üst pilləsinə qalxıb.
Qeyd edək ki, bu titul Könül Əliyevanın böyüklər arasında Dünya Cüdo Turu çərçivəsində qazandığı ilk qızıl medaldır.