Azərbaycanlı deputat qalmaqallı çıxışdan sonra ölkədən qaçdı | Icma.az
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadə miqrantlarla bağlı qalmaqallı çıxışından sonra Rusiyanı tərk edib.
Siyasi dairələrdə onun ölkədən qaçdığı və Azərbaycana getdiyi barədə məlumatlar yayılıb.
Milli.Az rus mediasına istinadla xəbər verir ki, deputat parlamentdə çıxışı zamanı "özbəklər Yuqranı öz tarixi vətənləri kimi görürlər" fikrini səsləndirib.
Tağızadə bildirib ki, Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına məxsus olub və sonuncu hökmdar Xan Küçüm Buxara xanlığından çıxmış özbək Şeybanilər sülaləsinə mənsub olub.
Bu səbəbdən bəzi miqrantların bölgəyə "öz tarixi torpaqları" kimi yanaşmasının mümkünlüyünü qeyd edib.
Deputatın çıxışı ictimaiyyətdə sərt tənqidə səbəb olub. Federal səviyyədə də məsələ rezonans doğurub.
Rusiya Dövlət Dumasının deputatı Stanislav Naumov bildirib ki, Tağızadəni "süpürgə ilə qovmaq lazımdır".
Tam oxu
Xəbəri oxu