Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadə vəzifəsini itirib.
Modern.az xəbər verir ki, Dumada Kommunist Partiyasını təmsil edən deputat sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən məhrum edilib.
O, miqrantların (xüsusən də özbəklər) Xantı-Mansiysk Muxtar Dairəsinə “tarixi vətənlərinə” gəldiyini bildirib.
Deputat bu fikrini rus ordusuna məğlub olan Sibir xanlığının hökmdarı Kuçumun özbək olması ilə əsaslandırıb.
Dumanın sədri Boris Xoxryakovun sözlərinə görə, Xalid Tağızadə bununla deputat etikası qaydalarını pozub və dövlət hakimiyyətinin nüfuzuna zərbə vurub.
Nəticədə sosial inkişaf komitəsi deputat Xalid Tağızadənin komitə sədrinin müavini səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.
Parlamentarilər həm də həmkarından açıq şəkildə üzr istəməsini tələb edib, ona açıq şəkildə irad tutmaq və bu barədə KİV vasitəsilə seçicilərə məlumat vermək qərarına gəliblər.